AZ

Çuvaşiya rəhbəri: Çeboksarıda PUA zərbələri nəticəsində 2 nəfər ölüb, 32-si yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Çuvaşiyaya kütləvi hücumu nəticəsində 2 nəfər həlak olub, 32-si yaralanıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çuvaşiyanın rəhbəri Oleq Nikolayev məlumat verib.

Onun sözlərinə görə, yaralananlar arasında uşaq da var. Çuvaşiyada regional xarakterli fövqəladə vəziyyət elan edilib.

"Əsas zərbə mülki infrastruktura dəyib: 8,5 min nəfərin yaşadığı 28 çoxmənzilli ev, iki binada daşıyıcı konstruksiyalar zədələnib. Bu evlərin sakinləri üçün yataqxanalarda yerlər hazırlanıb. Sığınacağa ehtiyacı olan bütün şəxslər üçün 3 müvəqqəti yerləşdirmə məntəqəsi açılıb", - O.Nikolayev bildirib.

Seçilən
42
50
far.az

10Mənbələr