AZ

Şalva Papuaşvili: Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm birləşdirici halqadır

Tbilisi, 5 may, AZƏRTAC

Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm birləşdirici halqadır. Məhz buna görə də Avropa İttifaqının siyasəti anlaşılmazdır. Onların, məsələn, Gürcüstana münasibətdə yanaşmaları “öz ayağına atəş açmağa bənzəyir”.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə əsasən, Brüsselin siyasəti təkcə Gürcüstana münasibətdə deyil, qlobal miqyasda qarışıqdır.

“Avropa İttifaqı qlobal siyasətdəki rolunu faktiki olaraq tamamilə itirib. Görürük ki, artıq böyük qlobal məsələlərdə ondan soruşmurlar və hətta regional məsələlərdə də çox vaxt söz demək imkanı olmur. Gürcüstan və ümumilikdə region Avropa İttifaqını onun iqtisadiyyatı üçün vacib olan resurslar və marşrutlarla birləşdirən bir həlqədir və bu iqtisadiyyat hazırda durğunluq yaşayır”, – deyə Şalva Papuaşvili bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
19
1
azertag.az

2Mənbələr