Ukrayna Silahlı Qüvvələrinin (USQ) Çeboksarıda hücumu nəticəsində xəsarət alanları sayı 34-ə çatıb.
Bu barədə mayın 5-də Çuvaş Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Məlumatlar aktualdır. Dəyişir. 34 nəfər yaralanıb", - RİA Novosti nazirliyin açıqlamasına istinadən bildirib.
Nazirlik həmçinin hadisə nəticəsində iki nəfərin öldüyünü qeyd edib.
Elə həmin gün regionun baş naziri Sergey Artamonov USQ-nın hücumu ilə əlaqədar respublikada fövqəladə vəziyyət elan etməyi təklif edib.
QAZİLER.AZ