AZ

Mərhum prodüserdən danışan Seda Sayan: "Onu yaxşıca döydüm"

Müğənni Seda Sayan illər əvvəl mərhum prodüser Erol Köse ilə yaşadığı qalmaqaldan danışıb.

BAKU.WS xəbər verir ki, verilişlərdən birinə qonaq olan Seda mərhum prodüserin başına çanta çırpdığını etiraf edib.

O aparıcının "Heç olubmu ki, "artıq bəsdir" deyib dözməyərək kiməsə hücum edəsiniz?" sualına belə cavab verib:

"Axırıncı dəfə mərhum Erol Köseni döydüm. "Balenciaga" çanta da ağır idi, başına çırpdım.

Allah rəhmət eləsin, o yatdıqca biz yaşayaq, tövbə-tövbə. Döyərəm ha, pis döyərəm! Amma dostumu oğurluqda ittiham etmişdi. Bir də sərxoş idi, işimə də yaradı, onu yaxşıca döydüm" - deyə Seda Sayan bildirib.

Ətraflı videoda:

Seçilən
12
far.az

1Mənbələr