AZ

Ermənistan Fransadan hərbi helikopterlər alacaq

Ermənistanın Müdafiə Nazirliyi Fransanın şirkətləri ilə hərbi təchizat üzrə müqavilələr imzalayıb.Bu barədə “Aysor.am” məlumat verib.

İrəvanda imzalanan əsas saziş Fransanın “Airbus Helicopters” şirkəti ilə bağlanıb və bu çərçivədə Ermənistan ordusu üçün nəqliyyat helikopterlərinin tədarükü nəzərdə tutulur. Helikopterlərin modeli açıqlanmayıb.

Nazirlik həmçinin “SOFEMA Group” ilə müasir hərbi geyim və təchizatın alınmasına dair ayrıca razılaşma əldə edib.

Məlumata görə, sözügedən alışlar ordunun logistika və mobillik imkanlarının gücləndirilməsinə yönəlib. 

Seçilən
5
2
anews.az

6Mənbələr