JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Həssas qruplardan olan qadınların və qızların inkişafına və maarifləndirilməsinə inklüziv dəstək departamenti, Qadın Sağlamlığı və Tibbi Maarifləndirmə Departamentinin təşəbbüsü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsinin birgə təşkilatçılığı ilə 8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş könüllü qanvermə aksiyası keçiriləcəkdir.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətinin məlumatına əsasən, humanitar məqsəd daşıyan aksiya 7 may 2026-cı il tarixində saat 17:00-da Respublika Qan Bankında təşkil olunacaq.

Aksiyanın əsas məqsədi talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə dəstək göstərmək, ölkədə könüllü qan donorluğu mədəniyyətini təşviq etmək və cəmiyyətdə sosial məsuliyyətin artırılmasına töhfə verməkdir.
Təşkilatçılar bütün vətəndaşları bu xeyirxah və humanitar təşəbbüsə qoşulmağa dəvət edirlər.

Həmrəy olaq, qanımızla yaşadaq!

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX