AZ

“İranla münaqişə daha iki-üç həftə davam edə bilər” − Tramp


ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin daha iki-üç həftə davam edəcəyinə inanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri radio aparıcısı Hyu Hevittlə söhbətində danışıb.
“Məhv etmək istədiyimiz şeylərin əksəriyyətini artıq məhv etmişik; yəqin ki, daha iki, bəlkə də üç həftəyə ehtiyacımız var. Zaman bizim üçün müəyyənedici amil deyil”, - ölkə başçısı bildirib.
Tramp əmindir ki, ABŞ ya Tehranla razılaşma əldə edəcək, ya da son hərbi qələbə qazanacaq:
“Bu və ya digər şəkildə qalib gələcəyik. Ya düzgün razılaşma əldə edəcəyik, ya da asan hərbi qələbə qazanacağıq. Biz bunu artıq qazanmışıq. Mən bunu milyon dəfə demişəm, başqaları da deyib. Onların 159 gəmisi var idi və indi onlar yoxa çıxıblar. Hamısı dənizin dibindədir. Bu gün onların qalan səkkiz kiçik sürət gəmisini məhv etdik”.
Seçilən
7
16
yeniavaz.com

9Mənbələr