AZ

“Hər şey ola bilər” Cavidlə xanımı ayrılır?

Olay.az saytına istinadən ain.az xəbər verir.

Aparıcı Cavid Güllə xanımı Nərgizin ayrıldığı iddia olunub.

OLAY yazır ki, buna səbəb Nərgizin paylaşımları olub. Belə ki, o, instaqramda “Elə bil həyat yoldaşınızla küsmüsünüz” sualına “Yaxın zamanda mənim də gözəl açıqlamalarım olacaq” cavabını verib.

Başqa istifadəçinin “Siz çox mehriban, sadəsiniz. Yoldaşınız yekəxana, eqolu, kobud görünür” sözlərinə “Elin gözü tərəzidir” münasibətini bildirib.

Nərgiz daha sonra “Münasibətdə yaş fərqi çox olmasa yaxşı olar. Əsası bilirsiniz nədir? Özünüzə uyğun biri ilə evlənin, fikirləriniz düşüncələriniz bir olsun”, - deyə, qeyd edib.

Nərgiz həmçinin “Yoldaşınızda sevmədiyiniz xarakter hansıdır?” sualını da cavabsız qoymayıb: “Mən necə cavab verim, ay xanım? Mənim yoldaşım idealdır. Möhtəşəm insandır, həyat doludur. Gülər üzlüdür. Yaz-yaz bitməz, anladınız”.

Cavidin xanımı həm də xəyanət iddialarını yalanlayıb:

“Nə xəyanət? Xəyanət olsaydı, mən belə sakit oturardım? Hər şeyi xəyanətə bağlayırsınız”.

N. Gül sonda “Boşanırsınız” sualını “Həyatda hər şey ola bilər”, - deyərək cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
3
olay.az

4Mənbələr