AZ

Strateji vaqonların istehsalında günəş enerjisindən istifadə olunacaq

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu dəmir yolu sektorunda ekoloji təmiz istehsala keçidlə bağlı mühüm yeniliyi açıqlayıb. 

Anadolu Agentliyi xəbər verir ki, nazirin sözlərinə görə, hərbi tankların daşınması və yanacaq doldurulması üçün nəzərdə tutulan strateji yük vaqonları artıq günəş enerjisi vasitəsilə istehsal ediləcək.

Türkiyə Raylı Sistem Vasitələri Sənayesi Səhmdar Cəmiyyətinin Sivas Regional Müdirliyində yeni dam tipli günəş enerjisi stansiyası qurulur. Bu layihənin detallarına əsasən, illik 4,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu enerji təxminən min ailənin illik elektrik ehtiyacına bərabərdir. əsas məqsəd isə zavodun bütün elektrik ehtiyacı tamamilə bərpa olunan enerji hesabına ödəniləcək.

Nazir xatırladıb ki, oxşar layihə daha əvvəl Sakarya Regional Müdirliyində həyata keçirilib. Hazırda Sakaryadakı zavodda “Milli Sürət Qatarı”, “Gaziray” və digər dəmir yolu vasitələrinin istehsalında günəş enerjisindən istifadə edilir. Bu sayədə həm istehsal xərcləri azalır, həm də illik təxminən 1739 ton karbon qazı emissiyasının qarşısı alınır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
91
11
azerbaijan-news.az

10Mənbələr