AZ

Pentaqon İranın nüvə silahına sahiblənməsi ilə bağlı sualı şərh etmədi

BAKI, 5 may. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset İranın nüvə silahı əldə etməsi üçün mümkün müddətin ötən yaydan bəri dəyişmədiyi və 9-12 ay olaraq qaldığı barədə məlumatları təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, Pentaqon rəhbəri brifinqdə deyib:

“Biz kəşfiyyat məlumatlarının təfərrüatını müzakirə etmirik və bunu heç kim müzakirə etməməlidir. Mən bu məlumatların həqiqiliyini nə təsdiqləyə, nə də inkar edə bilərəm”, - deyə o bildirib.

Qeyd edək ki, jurnalistlər Pentaqon rəhbərindən ABŞ-nin İslam Respublikasına qarşı hərbi əməliyyatına baxmayaraq, İranın potensial nüvə silahı inkişaf etdirmə müddətinin 2025-ci ilin yayından bəri dəyişmədiyi barədə məlumatlara münasibət bildirməsini istəyib.

Daha əvvəl "Reuters" mənbələrə istinadən ABŞ kəşfiyyatının İranın nüvə silahı inkişaf etdirmə müddətinin 2025-ci ilin yayından bəri dəyişmədiyini və 9-12 ay qaldığını göstərən məlumatlara malik olduğunu bildirmişdi.

Seçilən
14
1
teleqraf.com

1Mənbələr