AZ

Finlandiya sərhəd xidməti: Hava məkanını pozan dronlar Ukraynadan gəlib

Finlandiyanın sərhəd mühafizə orqanları bildiriblər ki, ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatları böyük ehtimalla Ukrayna ərazisindən havaya qalxıb.

“İki sahil” xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizə Xidməti tərəfindən yayılan rəsmi açıqlamada qeyd olunub.

Araşdırmanın ilkin nəticələrinə görə, dronlar cənub istiqamətindən şimal-şərqə doğru hərəkət edib. Məlumatda vurğulanır ki, bu pilotsuz aparatlar sonradan Finlandiya hava məkanını tərk edərək Rusiya istiqamətində uçuşlarını davam etdiriblər. Onların konkret hədəfinin nə olduğu isə hələlik məlum deyil.

Hadisə ilk dəfə 3 may tarixində "Yle" tərəfindən gündəmə gətirilib. Nəşr Finlandiyanın Rusiya ilə sərhədinə yaxın ərazidə naməlum dronun müşahidə edildiyini yazmışdı. Daha sonra Finlandiya Silahlı Qüvvələri açıqlama verərək bildirib ki, pilotsuz aparatların sərhədə yaxın ərazidə olması səbəbindən onlar vurulmayıb.

Seçilən
13
ikisahil.az

1Mənbələr