İstanbulda Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.
"Yeni Sabah" xəbər verir ki, 44 yaşlı qadın mayın 2-si axşam Kadıköydə bərəyə minib.
Lakin Beşiktaşda düşdüyünə dair görüntü aşkar edilməyib. Onun çantası bərədə tapılıb.
Aidiyyəti qurumlar qadının tapılması üçün dənizdə axtarış əməliyyatı aparıb.
Axtarışlar nəticəsində Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında aşkar olunub. Meyit tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı araşdırma davam edir./APA
Telegram kanalımız