AZ

Şəkidə WUF13 Festivalı keçirilib

Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də WUF13 Festivalı keçirilib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirin ictimai proqramı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilib.

Minlərlə iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Şəki şəhərinin memarlıq abidələri barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Seçilən
11
1
far.az

2Mənbələr