AZ

Dişlərin itirilməsinə səbəb olan nadir hal -Həkim AÇIQLADI

Artıq çəki dişlərin itirilməsi riskini artıra bilər. Bu barədə stomatoloq Covid Zaripov danışıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "İzvestiya" qəzetinə açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, artıq çəkisi olan insanlarda piy toxuması iltihabı artıran maddələr ifraz edir. Bu isə parodontit riskini yüksəldir. Stomatoloq bildirib ki, məhz bu xəstəlik böyüklərdə diş itkisinin əsas səbəblərindən biri hesab olunur.

O əlavə edib ki, piylənmə dişlərin itirilməsi riskini təxminən 1,5 dəfə artırır. Əgər insan eyni zamanda siqaret çəkirsə, bu risk artıq çəkisi olmayan və siqaret çəkməyən insanlarla müqayisədə üç dəfə daha yüksək olur.

Aytəkin TOFİQQIZI

Seçilən
18
1
redaktor.az

2Mənbələr