2026-cı ilin 31 mart tarixinə olan məlumata görə, banklar tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə verilmiş biznes kreditlərinin həcmi açıqlanıb.
Ölkə.Az Valyuta.az-a istinadən xəbər verir ki, ümumi kredit portfeli 16 mlrd. 214,8 mln manat təşkil edib.
Statistikaya əsasən, ən çox kredit qoyuluşu 4 mlrd. 222,1 mln manat ilə ticarət və xidmət sektoruna yönəldilib.
İkinci ən yüksək göstərici sənaye sektorunda qeydə alınıb. Bu sahəyə 2 mlrd. 754,0 mln manat kredit verilib.
Ən az maliyyələşdirilən sahələr arasında isə informasiya və rabitə sektoru yer alıb. Bu istiqamət üzrə kreditlərin həcmi 777,8 mln manat olub.
Bundan başqa, ən aşağı göstəricilərdən biri tikinti sahəsində, 1 mlrd. 756.3 mln manat vəsait ilə qeydə alınıb.