AZ

Cibində pulu olmayıb bahalı həyat yaşayanlar Mənəvi pandemiya

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Müasir cəmiyyətdə insanların davranış motivlərində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Artıq bir çox hallarda xərcləmələr və seçimlər real ehtiyacdan çox sosial görünüş və status nümayişi ilə bağlı olur. Sosial şəbəkələrin təsiri ilə formalaşan bu “illüziya həyat” anlayışı insanların özlərini olduğundan fərqli göstərməsinə şərait yaradır. Bu isə həm fərdi psixoloji vəziyyətə, həm də ictimai münasibətlərə təsirsiz ötüşmür.Məsələ ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki, insanlar çox zaman ehtiyac duyduqları məsələlərlə bağlı hərəkət etdikləri kimi, müasir dövrdə ehtiyac duymadan da özlərini təsdiq etmək və öz “mən”lərini digər “mən”lərdən ayırmaq üçün müxtəlif xərclərə, süni və ya illüziya xarakterli davranışlara, eləcə də yadda qalmaq məqsədi daşıyan addımlara meyl edirlər:"Təbii ehtiyac olmadan cəmiyyətdə yer tutmaq və sosial status qazanmaq cəhdləri şəxsiyyətin vulqar sosiallaşma meyllərini əks etdirir. Belə hallarda fərd, çox vaxt özü də tam dərk etmədən, müəyyən sosial normaları pozur və bunun nəticəsində həm ətraf mühitdə, həm də ailə münasibətlərində neqativ stereotiplərin formalaşmasına səbəb olur. Bu cür halların qarşısının alınması üçün hansı addımların atılması və hansı maarifləndirmə işlərinin görülməsi barədə birmənalı cavab vermək çətindir. Çünki müasir dövrdə informasiya bolluğu, sosial şəbəkələrin güclü təsiri və həyat tərzini formalaşdıran trendlərin sürətlə dəyişməsi ənənəvi maarifləndirmənin təsir gücünü azaldır".O deyib ki, mənfi tendensiya ondan ibarətdir ki, bu cür davranışlar bütün dünyada müşahidə olunur və qlobal xarakter aldığı üçün daha sürətli yayılma ehtimalı da artır:"Sosial şəbəkələr vasitəsilə formalaşan geniş təsir dairəsi bu prosesi daha da gücləndirir. Nəticə etibarilə, bu vəziyyət cəmiyyətdə məqsədyönlü olmayan, rəqabət xarakterli bir dinamika yaradır, sosial nəticələri qeyri-müəyyən olan prosesləri gücləndirir və nəsillərarası ziddiyyətlərin yaranmasına gətirib çıxara bilir. Ehtiyac olmadan sərf edilən xərclər, vaxt və davranış modelləri həm maddi, həm də mənəvi baxımdan ictimai həyatda “moda”ya çevrilə bilir və bu moda təkrarlanaraq kütləviləşdikcə sanki pandemik xarakter alır.Buna görə də, bu proseslərin qarşısını almaq üçün daha sistemli yanaşmaya, yeni maarifləndirmə modelinə və metodoloji baxımdan daha təsirli ictimai konsepsiyaların formalaşdırılmasına ehtiyac var".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr