AZ

Mbappe sağalsa da, matça buraxılmayacaq

style='margin-bottom:10px;'>

"Real"da "Barselona" ilə "El Klasiko" matçından öncə gözlənilməz qərar qəbul edilib.

QOL.az xəbər verir ki, "Cadena Ser" nəşrinin məlumatına görə, baş məşqçi Alvaro Arbeloa Kilian Mbappeni mayın 10-da keçiriləcək oyunda start heyətində meydana buraxmağı planlaşdırmır. Bildirilir ki, hücumçu zədəsini tam sağaltsa belə, bu qərar dəyişməyəcək.

Qeyd edək ki, Mbappe La Liqanın 32-ci turunda "Betis"lə matçda zədələnib. Onun bərpa dövründə etdiyi səfərlər azarkeşlərin narazılığına səbəb olub.

Seçilən
37
1
teleqraf.com

4Mənbələr