AZ

Bakıda Polşa konstitusiyasının qəbul edilməsinin 235 ci ildönümü qeyd olunub

ain.az bildirir, Apa.az portalına istinadən.

Bakıda Polşa konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü qeyd olunub.

APA xəbər verir ki, tədbirdə diplomatlar, ictimai xadimlər, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Fəxri qonaq qismində isə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.

Mərasim Azərbaycan və Polşanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Polşanın Azərbaycandakı səfiri Pavel Radomski çıxış edib.

O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişləri

yüksək qiymətləndirdiyini deyib.

“Yaxın qonşuluqda müşahidə olunan gərginlikləri nəzərə alaraq, regionun sabit və firavan gələcəyinin təmin olunmasının əsas şərti kimi Azərbaycanın balanslı və sülhsevər yanaşmasını da yüksək qiymətləndiririk. Avropa İttifaqının üzvü olaraq Avropa ilə Azərbaycan arasında əməkdaşlığın daha da dinamik xarakter almasını və son dövrlərdə Bakıda həyata keçirilmiş çoxsaylı yüksək səviyyəli səfərləri məmnunluqla qarşılayırıq”, - səfir qeyd edib.

Pavel Radomski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb.

Ardınca xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib.

“Polşalı mütəxəssislər Bakının memarlıq inkişafına və neft sənayesinin XIX əsrin sonu – XX əsrin əvvəllərindəki yüksəlişinə mühüm töhfələr veriblər. Bu tarixi irs bu gün də dostluğumuz üçün möhkəm bir təməl kimi xidmət edir.

Dövlət müstəqilliyimizin bərpasından sonra ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə uğurla inkişaf edir. Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığımız siyasi, iqtisadi və humanitar sahələrdə effektiv şəkildə davam edir.

“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsinə dair Birgə Bəyannamə” 2017-ci ildə imzalanıb. Bu sənəd münasibətlərimizin inkişafı üçün mühüm çərçivə rolunu oynayır. Bu sənədə əsaslanan əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərimiz davam edir”, - nazir müavini bildirib.

Fariz Rzayev təhsil, mədəniyyət və elm sahələrində mübadilələrin xalqlarımız arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verdiyini deyərək Polşada təhsil alan azərbaycanlı tələbələrin sayının bu əməkdaşlığın aydın göstəricisi olduğunu bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
apa.az

5Mənbələr