AZ

WUF13 Festivalı: Şəki sakinləri açıq havada keçirilən ictimai proqramda həvəslə iştirak ediblər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəki, 5 may, AZƏRTAC

Mayın 5-də günün birinci yarısında Şəki şəhərində startı verilən WUF13 Festivalı axşam saatlarında Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan parkın qarşısındakı meydanda ictimai proqramla davam edib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri, sakinlər və şəhərin qonaqları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam proqramının əvvəlində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək, tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Xatırladaq ki, WUF13 çərçivəsində növbəti festivallar Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçiriləcək. Festivala mayın 13-də Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında yekun vurulacaq.

Müxbir – Mustafa Dadaşov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
3
azertag.az

4Mənbələr