Bu ilin aprel ayında Azərbaycan istifadəçilərinin Facebook sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 2,51 faiz bəndi artaraq 28,83 faiz təşkil edib.
“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, ikinci yerdə YouTube gəlir. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 1,42 faiz bəndi azalaraq 27,27 faiz olub.
Siyahıda üçüncü pillədə İnstagram yer alır – 18,27 faiz payla (0,74 faiz bəndi azalma). Dördüncü pillədə isə Pinterest qərarlaşıb. Onun bazar payı ötən ayla müqayisədə 1,75 faiz bəndi artaraq 10,44 faizə çatıb. Bu isə ötən ayla müqayisədə 1,75 faiz bəndi çoxdur.
Beləliklə, aprel ayı statistikası göstərir ki, Azərbaycan istifadəçiləri arasında ən çox interaktivlik Facebook və YouTube platformalarında müşahidə olunub, digər sosial şəbəkələr isə ardıcıllıqla izləyirlər.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan