AZ

İran Hörmüz boğazına tam nəzarət edir



Hörmüz boğazı üzərində nəzarət tamamilə İran Silahlı Qüvvələrinin əlindədir. Bu barədə İslam Respublikasının Belarusdakı səfiri Əlirza Sanei TASS müxbirinə bildirib.

Diplomat bildirib ki, "Hörmüz boğazı üzərində nəzarət tamamilə İran İslam Respublikasının Silahlı Qüvvələrinin əlindədir və əksinə olan açıqlamalar ictimai rəyi çaşdırmağa yönəlib və xüsusilə də ABŞ-ın enerji bazarına nəzarət etmək cəhdidir".

Onun sözlərinə görə, ABŞ İrana hücum etməklə Vaşinqton və Təl-Əvivin maraqları naminə regionun geosiyasi xəritəsini dəyişdirməyə çalışıb. "Etiraf etmək lazımdır ki, bu müharibə nəticəsində regionun geosiyasi xəritəsi dəyişib, lakin Hörmüz boğazı İranın nəzarəti altına keçib. Bu dəyişiklik İran İslam Respublikasına və əzmkar İran xalqına fayda verib və düşmənlərimiz böyük strateji məğlubiyyətə uğrayıblar", - deyə səfir bildirib.
Seçilən
4
2
newscenter.az

2Mənbələr