AZ

Kremlin gizli həbsxanaları - Rusiyanın mərkəzində kiçik cəhənnəm

Əsrlər boyu Moskvanın mərkəzindəki Kreml təkcə hakimiyyətin mərkəzi deyil, həm də onun rəqiblərini gizli yoxa çıxarmaq üçün effektiv məkan olub. Kilsə və sarayların möhtəşəm fasadlarının arxasında acınacaqlı bir reallıq – suveren həbsxana gizlənib. Onun görünüşü dövrdən-dövrə başqa forma alsa da, məqsədi dəyişməz qalıb: taxt-taca, daha sonra isə sovet hakimiyyətinə təhlükə yaradanları təcrid etmək. Rusiyanın mərkəzindəki bu kiçik cəhənnəm minlərlə insanın həyatına həm həqiqi, həm də mənəvi son qoyub.

İlk Kreml zindanları daş divarlarla birlikdə meydana çıxıb. XVI və XVII əsrlərdə məhbuslar birbaşa qalanın qüllələrində və zirzəmilərində saxlanılıb və bu da təkcə bədəni deyil, həm də ruhu pozan şərait yaradıb.

6704ac9d-991f-42d7-b9f6-b17c13cc2fc8.jpeg

Beklemişevskaya qülləsi ilk həbsxanalardan biri olub. Adı böyük hersoq III Vasili tənqid etməyə cəsarət edən boyar İvan Bersen-Beklemişevin şərəfinə qoyulub. O, öz Kreml həyətinə ən yaxın qüllədə saxlanılıb və 1525-ci ildə edam edilib. Qüllənin zindanları sovet dövründə belə həbsxana və işgəncə kamerası kimi xidmət etməkdə davam edib.

Konstantin-Yeleninskaya qülləsi - XVII əsrdə bu qüllə Kremlin əsas həbsxanasına çevrilib. İnsanlar onu “işgəncə otağı” adlandırıblar - orada məhkəmə binası da yerləşib. Məhbuslar dar pəncərələri olan kiçik zirzəmi kameralarında saxlanılıb. Tarixçi Mixail Pilyayev bu barədə yazıb: “İşgəncəyə məhkum edilənlər ağızları bağlı, suallara cavab vermək və az miqdarda yemək qəbul etmək üçün açıq saxlanılıb və divara zəncirləniblər”. Deyilənə görə, belə şəraitdə insan 24 saat ərzində dəli olurmuş.

Tarixçi İvan Zabelinin yazdığına görə, İvan Qroznının hakimiyyəti dövründə məhbuslar Müjdə qülləsinin gizli otağında və Üçlük qülləsinin altındakı kiçik otaqlarda saxlanılıb, burada bir insanın yalnız əyilə-əyilə hərəkət edə biləcəyi yer olub.

c1f1abfe-895d-479c-aa70-2597c0055090.jpeg

Bolşeviklər 1917-ci il inqilabından sonra paytaxtı Moskvaya köçürdükdə bu ənənə yenidən şiddətlə dirçəlib. Onlar siyasi rəqiblərini mümkün qədər yaxından nəzarətdə saxlamalı olublar. Kremlin kavaler binalarından birində “xüsusilə təhlükəli cinayətkarlar” üçün həbsxana yaradılıb. Bu binalar XIX əsrin əvvəllərində inşa edilib.

“Proletariat diktaturası” üçün təhlükəli olan insanlar burada saxlanılıb. Bolşeviklər həbs olunmuş siyasi rəqiblərini əllərinin altında saxlamağa üstünlük verilər. Leninin və digər sovet liderlərinin iqamətgahları da burada yerləşib. Leninə qarşı sui-qəsd cəhdindən sonra Fanni Kaplan Kreml həbsxanasına aparılıb. O, həyətdə edam edilib.

Fanninin başının arxasına güllə vurduqdan sonra Kreml komendantı Pavel Malkov Kaplanın cəsədini dəmir çəlləkdə yandırıb və külünü naməlum yerdə basdırıb. Nikolay Konyayevin sözlərinə görə, Britaniya kəşfiyyat zabiti Robert Hamilton Byus Lokkart və general Aleksey Brusilov həbsxanada Kaplanla eyni vaxtda saxlanılıb.

e30788ac-5842-4f6b-8036-849f0fd50f30.jpeg

Digər məşhur məhbus solçuların lideri Mariya Spiridonova olub. Onun Kreml həbsxanasından yazdığı məktublar 1992-ci ildə “Dəmir barmaqlıqlar arxasındakı Kreml (yeraltı Rusiya)” kitabında dərc olunub. Spiridonova həbs yerini 2 qarovulxananın yanındakı dar bir guşə” kimi təsvir edib. Onu 100-150 qırmızı ordu əsgərinin yerləşdiyi qarovulxana kazarmasından yalnız bir otaq ayırıb. İnqilabçı torpaqdan, səs-küydən və ara-sıra atəş səslərindən şikayətlənib.

Mühafizəçilərdən başqa, müxtəlif “əlavə qonaqlar” Mariyaya kiçik pəncərələrdən və ya çatlardan baxaraq onda böyük narahatlığa səbəb olublar. O, “baxış obyekti” olduğu üçün yuyunmadığını, oxumadığını, yemədiyini və hətta düzgün düşünə bilmədiyini yazıb. Mühafizəçilər məhbusa “baxmaq əmri verildiyini” deyərək özlərini haqlı çıxarıblar.

f274eb43-186e-4220-b2c4-fee5141b1b66.jpeg

Spiridonova 14 fevral 1919-cu ildə həbsxanaya gətirilib və dərhal soyuqdan və rütubətdən özünü pis hiss etməyə başlayıb. O, təxminən bir ay dözüb, lakin bir müddət sonra xəstələnib. Spiridonova Kreml xəstəxanasına köçürülüb və sağaldıqdan sonra başqa bir kameraya yerləşdirilib. Aprel ayında mühafizəçinin köməyi ilə Kremldən qaçıb.

Artıq keçmiş həbsxana binalarını görmək mümkün deyil, çünki üç binadan ikisi, eləcə də kazarmalar 1950-ci illərin sonlarında Qurultaylar Sarayının (indiki Dövlət Kreml Sarayı) tikintisi zamanı sökülüb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

Seçilən
27
musavat.com

1Mənbələr