AZ

Cərimələrini ödəməyənlər həbs ediləcək? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İnzibati hüquq pozuntularına görə tətbiq edilən cərimələr və onların icrası cəmiyyətdə hüquq qaydasının qorunmasında mühüm rol oynayır. Lakin bəzi hallarda vətəndaşlar cərimə olunsalar da, bu qərarları icra etməkdən yayınırlar. Bu isə məsuliyyətin daha da ağırlaşmasına və əlavə sanksiyaların tətbiqinə səbəb olur. Digər tərəfdən, pozuntuların təkrar törədilməsi hüquqi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu baxımdan, həm cərimələrin vaxtında ödənilməsi, həm də qanun pozuntularının təkrarlanmaması xüsusi əhəmiyyət daşıyır.Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, şəxs inzibati qaydada cərimə olunur, lakin bundan sonra yeni pozuntu törətmir, sadəcə tətbiq edilmiş cəriməni ödəmirsə, məsələ artıq ilkin pozuntudan yox, məhkəmə aktının icra edilməməsindən qaynaqlanır:"Belə vəziyyətdə şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə əlavə məsuliyyətə cəlb oluna bilər. Qanunvericiliyə əsasən, bu məsuliyyət yenidən cərimə ilə nəticələnə, təxminən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna və hətta müəyyən hallarda bir ayadək inzibati həbs tədbiri də seçilə bilər. Xüsusilə diqqət yetirilməli məqam ondan ibarətdir ki, əgər şəxsin cəriməni ödəmək imkanı olduğu halda bunu qəsdən etmədiyi sübuta yetirilərsə, daha sərt tədbirlərin görülməsi mümkündür".Vəkil deyib ki, əgər şəxs törətdiyi inzibati xətanı davamlı şəkildə təkrar edirsə, yəni pozuntuya yol verir, cərimələnir və buna baxmayaraq eyni hərəkətləri yenidən edir, bu artıq sistemli xarakter daşıyan davranış kimi qiymətləndirilir:"Belə hallarda qanunvericilikdə onun yenidən həmin pozuntuya görə məsuliyyətə cəlb olunmasına hər hansı maneə nəzərdə tutulmur. Əksinə, təkrar pozuntular inzibati məsuliyyətin daha da ağırlaşdırılmasına səbəb ola bilər və müvafiq orqanlar hər dəfə yeni inzibati tədbirlər tətbiq etmək səlahiyyətinə malikdir", - deyə o qeyd edib.Yəni, yazılan cəriməni ödəməmək sizi məsuliyyətdən azad etmir, əksinə, borcun artmasına və həbs təhlükəsinə yol açır. Eyni qaydanı təkrar pozmaq isə hər dəfə daha böyük məbləğdə cərimə olunmağınızla nəticələnə bilər.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr