AZ

"Mançester Yunayted" 150 milyon xərcləməyə hazırdır

style='margin-bottom:10px;'>

"Mançester Yunayted" yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

QOL.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, klub üç yeni futbolçu üçün ümumilikdə 150 milyon funt sterlinq ayırmağa hazırlaşır.

Bildirilir ki, büdcənin 80 milyon funtu komandadan ayrılması gözlənilən Kazemironun əvəzlənməsinə sərf olunacaq və əsas namizəd kimi "Brayton"dan Karlos Baleba nəzərdən keçirilir.

Klub həmçinin Manuel Uqarteyə alternativ üçün 40 milyon funt ayırıb. Siyahıda "Vest Hem"dən Mateuş Fernandeş, "Bornmut"dan Aleks Skott və Tayler Adams yer alır.

Bundan başqa, "klub ehtiyat heyəti gücləndirmək üçün daha bir yarımmüdafiəçi transfer etməyi planlaşdırır. Bu mövqe üçün əsas namizəd "Sauthempton"un futbolçusu Şey Çarlz hesab olunur.
 

Seçilən
26
2
teleqraf.com

3Mənbələr