AZ

İlon Maskdan Dostoyevski paylaşımı: 150 il əvvəldən gələn proqnoz

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İlon Mask rus yazıçısı Fyodor Dostoyevskinin "Netoçka Nezvanova" romanından bir sitat paylaşıb.

Redaktor.az  xəbər verir ki, amerikalı milyarder  Mask "X" sosial şəbəkəsində bir istifadəçinin Dostoyevskidən gətirdiyi parçanı "repost" edib.

Paylaşımın müəllifi yazıçının hələ 150 il əvvəldən müasir "tərəqqipərvər xadimlərin" mahiyyətini dahi uzaqgörənliklə təsvir etdiyinə əmindir: "Ali tale inancı, lakin ona çatmaq üçün yolun olmaması və ətraf dünyaya qarşı nifrətə çevrilən əzablar..."

Xəbərdə həmçinin qeyd olunur ki, 127 milyon rubl məbləğində vəsaitin yuyulmasında ittiham olunan məşhur bloqer Aleksandra Mitroşina da bu günlərdə məhkəmə iclasına məhz Fyodor Dostoyevskinin kitabı ilə gəlib. Görünür, klassik ədəbiyyat həm texnologiya nəhəngləri, həm də gündəmdəki qalmaqallı simalar üçün hələ də aktual olaraq qalır.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
redaktor.az

2Mənbələr