AZ

Türk serial sektorunda maaş böhranı: Bir bölümə 4,5 milyon TL

Türkiyənin serial sənayesində artan istehsal xərcləri və aktyor honorarlarının rekord həddə çatması prodüserləri çətin vəziyyətə salıb. Sektor nümayəndələri bildirirlər ki, son aylarda bir serial bölümünün çəkiliş xərci 20–30 milyon TL-yə qədər yüksəlib. Bu isə bəzi layihələrin gələcəyini sual altına salıb.

Məlumata görə, televiziya kanalları və prodüser şirkətləri artan xərclər səbəbindən yeni mövsümdə büdcələrin yenidən nəzərdən keçirilməsini tələb edir. Hətta yüksək büdcəli bəzi serialların ekranla vidalaşa biləcəyi iddia olunur.

Sənayedə ən çox qazanan aktyorların siyahısı da diqqət çəkib. Bölüm başına ən yüksək qonorar alan aktyorun Kenan İmirzalıoğlu olduğu bildirilir. Onun bir bölüm üçün 4,5 milyon TL (təxminən 169 min manat) qazandığı qeyd olunur.

Siyahıda digər məşhur adlar da yer alıb:

  • Çağatay Ulusoy – 3,5 milyon TL (131 min manat)
  • Afra Saraçoğlu – 2,5 milyon TL (94 min manat)
  • Mert Ramazan Demir – 2,5 milyon TL (94 min manat)
  • Demet Özdemir – 2 milyon TL (75 min manat)
  • Ozan Akbaba – 1,5 milyon TL (56 min manat)
  • Uraz Kaygılaroğlu – 1,5 milyon TL (56 min manat)
  • Deniz Can Aktaş – 1,2 milyon TL (45 min manat)
  • Devrim Özkan – 1 milyon TL (37 min manat)
  • Sinem Ünsal – 1 milyon TL (37 min manat)

Könül

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr