AZ

Gürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) casusluqda ittiham olunan dövlət qulluqçusunun saxlanıldığını açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə newsgeorgia.ge məlumat yayıb.

DTX rəhbərinin birinci müavini Laşa Maqradzenin sözlərinə görə, saxlanılan şəxs xarici dövlətin xüsusi xidmət orqanının nümayəndəsi ilə yüksək səviyyədə gizlilik şəraitində sistemli əlaqələr saxlayıb. Görüşlər şifrələnmiş rabitə vasitəsilə planlaşdırılıb və müxtəlif məkanlarda keçirilib.

Məlumatların ötürülməsi həm birbaşa görüşlər zamanı, həm də elektron vasitələrlə həyata keçirilib. Verilən məlumatlar Gürcüstandakı siyasi-iqtisadi proseslər, güc strukturları, təhlükəsizlik orqanları, etnik və dini azlıqlar barədə məxfi məlumatları əhatə edib.

Bundan əlavə, istintaqın məlumatına görə, saxlanılan şəxs xarici xüsusi xidmət orqanının tapşırığı ilə informasiya platformalarının yaradılması, media nümayəndələrinin cəlb edilməsi və bu şəbəkə vasitəsilə kəşfiyyat xarakterli məlumatların toplanması üzərində çalışıb.

DTX bildirir ki, o bu fəaliyyəti maddi gəlir əldə etmək məqsədilə həyata keçirib. Saxlanılan şəxsi 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qurum saxlanılan şəxsin adını açıqlamasa da, "Rustavi 2" telekanalı onun Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində idarə rəisi vəzifəsində çalışmış Georgi Udzilauri olduğunu iddia edir.

Seçilən
21
8
news365.az

8Mənbələr