AZ

15 milyon dollarlıq boyunbağı taxdı, hamı ondan danışdı FOTO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Hindistanlı iş qadını, xeyriyyəçi və kolleksiyaçı Sudha Reddy "Met Gala" tədbirində, təxminən 15 milyon dollar (təxminən 142.8 koror rupi) dəyərində olan boyunbağı ilə diqqət mərkəzinə düşüb.

Bakupost.az xəbər verir ki, onun fotoları sosial mediada geniş müzakirə olunub.

Zinət əşyasının dəyərinin belə yüksək olması onun xüsusiyyətləri ilə bağlıdır.

Boyunbağının mərkəzində Tanzaniyanın Merelani təpələrindən gələn və "Merelani Kraliçası" (Queen of Merelani) adlandırılan, nadir tünd bənövşəyi-mavi rəngli 550 karatlıq tanzanit kulon yer alır.

Boyunbağı Viktoriya dövrü üslubunda işlənmiş, çiçək dəstələri şəklində düzülmüş iri üçbucaq və armudvari formalı almazlarla bəzədilib.

Əksər məşhurların "Met Gala" üçün zərgərlik məmulatlarını kirayə götürməsindən fərqli olaraq, bu boyunbağı Sudha Reddinin şəxsi kolleksiyasına məxsusdur.

O, həmçinin bu görünüşü 23 karatlıq sarı almaz üzük və 30 karatlıq qızılgül kəsimli "polki" almaz üzüklə tamamlayıb.

Qeyd edək ki, "Met Gala" ənənəvi olaraq hər il may ayının ilk bazar ertəsi günü keçirilir. Sudha Reddy 2024-cü ildə keçiriləm "Met Gala"da da, təxminən 10 milyon dollar dəyərində olan "Amore Eterno" adlı başqa bir məşhur almaz boyunbağı ilə iştirak etmişdi.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
www.bakupost.az

1Mənbələr