AZ

​Türkiyədə Qurban bayramına görə 9 gün tətil olacaq

Türkiyədə 2026-cı il Qurban bayramı ilə bağlı tətil müddəti açıqlanıb. Metbuat.az xəbər verir ki, bayram günləri ilə yanaşı həftəsonu və əlavə istirahət günlərinin birləşdirilməsi nəticəsində vətəndaşları ümumilikdə 9 günlük uzunmüddətli tətil gözləyir. Bu qərarın həm turizm sektoruna, həm də daxili səfərlərin artmasına müsbət təsir göstərəcəyi bildirilir. Qeyd edək ki, Qurban bayramı İslam dünyasının ən mühüm dini bayramlarından biri hesab olunur və bir neçə gün davam edir. Tətil müddətinin uzadılması insanlara ailələri ilə daha çox vaxt keçirmək, eləcə də səyahət planlarını rahat şəkildə həyata keçirmək imkanı yaradacaq.

Bayram günlərinin iş qrafiki ilə uyğunlaşdırılması nəticəsində tətilin 9 günə qədər uzadılması Türkiyədə məmnunluqla qarşılanıb.

Seçilən
42
metbuat.az

1Mənbələr