AZ

Amsterdam ət və qazıntı yanacağı reklamını yasaqlayıb

Amsterdam dünyada ət məhsullarının, eləcə də qazıntı yanacaqlarından istifadə edən mal və xidmətlərin reklamını qadağan edən ilk paytaxt olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şəhər hakimiyyəti 2050-ci ilə qədər Niderlandın paytaxtını karbondan azad etməyi və ət istehlakını yarıya endirməyi hədəfləyir.

May ayının 1-dən etibarən burgerlər, benzinlə işləyən avtomobillər və aviaşirkətlərin reklamları reklam lövhələrindən, ictimai nəqliyyat dayanacaqlarından və metro stansiyalarından çıxarılıb. Bunun əvəzinə, onlar muzeylər, konsertlər və sərgilər üçün reklamlarla əvəz olunacaq.

Qadağadan əvvəl qazıntı yanacağı ilə əlaqəli məhsul və xidmətlərin reklamı şəhərdəki bütün reklamların 4%-ni, ət və ət məhsulları isə 0,1%-ni təşkil edirdi.

2026-cı ilin yanvar ayında Amsterdam Şəhər Şurası 27 səs lehinə, 17 səs əleyhinə olmaqla, qazıntı yanacaqlarının və ət məhsullarının reklamına qadağa qoyub.

Harlem Niderlandda ictimai yerlərdə ət və mədən yanacağı məhsullarının reklamını məhdudlaşdıran ilk şəhər olub. Qadağa 2024-cü ildə qüvvəyə minib. Niderlandda yerləşən Utrext və Nijmegen də eyni şeyi edib. Qazıntı yanacağının reklamına qadağalar Edinburqda (Şotlandiya), Şeffilddə (İngiltərə), Stokholmda (İsveç) və Florensiyada (İtaliya) tətbiq olunur.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr