İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı kəskin bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, SEPAH BƏƏ tərəfindən İranın adaları, limanları və sahil bölgələrinə qarşı istənilən addımın “sarsıdıcı cavabla” qarşılanacağını bildirib.
Xəbərdarlıq ISNA agentliyi vasitəsilə yayılıb. SEPAH regionda hərbi və təhlükəsizlik məsələlərində qəti mövqe sərgilədiyini vurğulayıb.
Açıqlamada qeyd olunur ki, İran öz ərazi bütövlüyünü və strateji obyektlərini qorumaqda qərarlıdır və hər hansı təhdidə dərhal reaksiya verəcək.
Musavat.com