AZ

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Evlərin altından su çıxır... 

Bizim.Media xəbər verir ki, paytaxtın Xəzər rayonu, Stansiya Qala adlanan ərazidə yaşayan bir qrup sakin "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edib. 

Onlar bildiriblər ki, uzun zamandır evlərinin altından mənbəyi bilinməyən su çıxır. Sakinlər evlərinin altından çıxan suyun çirkli yox, təmiz su olduğunu deyirlər.
 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, əraziyə müvafiq rayon sukanal idarəsinin qəza brqiadası tərəfindən baxış keçirilib.


Qeyd olunub ki, ünvanda axıntıya səbəb qrunt suyudur. Hazırda ümumi ərazi üzrə yığılan yağış və qrunt sularının çəkilməsi istiqamətində işlər görülür.


Bizim.Media

Seçilən
19
2
bizim.media

5Mənbələr