Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Sumqayıt şəhərində dezinfeksiya xidmətləri üçün dövlət büdcəsindən yarım milyon manata yaxın vəsait ayrılıb.
Bizimyol.info xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu işi “Uğur Dezinfeksiya” adlı şirkətə həvalə edib. “Sumqayıt şəhərinin park və xiyabanlarında, məhəllə və mikrorayon daxili ərazilərində yaşıllıqların mühafizəsi xidmətlərinin satın alınması” adı altında şirkətə 489000 pul ayrılıb.
Rəsmi sənədlərə görə, yarım milyon manata ümumilikdə 400 hektar ərazinin dezinfeksiyası nəzərdə tutulub.
Qeyd edək ki, “Uğur Dezinfeksiya” MMC 2021-ci il 3 fevral tarixində dövlət qeydiyyatına alınıb. Şirkət Sumqayıt şəhərində dezinfeksiya işləri üçün böyük tenderlər qazanıb. Müqavilə məbləğləri də yüz minlərlə manat səviyyəsində olub.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.