AZ

"Arsenal" finalda! - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Arsenal” doğma meydanda “Atletiko Madrid”i qəbul edib.

Redaktor.az xəbər verir ki, komandalar arasında Madriddə keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatdığından, Londondakı qarşılaşma finala vəsiqə baxımından həlledici xarakter daşıyıb.

İlk hissədə hər iki komandanın hücumları olsa da, “Arsenal” daha fəal təsir bağışlayıb. Meydan sahibləri xüsusilə cinahlardan təşkil etdikləri hücumlarla “Atletiko Madrid” müdafiəsini təzyiq altında saxlayıblar.
Matçın 45-ci dəqiqəsində Bukayo Saka hesabı açıb. İngiltərəli futbolçu Leandro Trossardın zərbəsindən sonra qapıçıdan qayıdan topu qapıdan keçirərək “Arsenal”ı önə keçirib.
Beləliklə, London təmsilçisi ilk hissəni minimal hesablı üstünlüklə başa vurub.
İkinci hissəyə “Atletiko Madrid” daha fəal başlayıb. Madrid təmsilçisi hesabı bərabərləşdirmək üçün hücumların sayını artırıb.
57-ci dəqiqədə Dieqo Simeone, bir dəqiqə sonra isə Mikel Arteta üçlü dəyişiklik edib. “Arsenal”da qolun müəllifi Bukayo Saka da oyunu tərk edən futbolçular siyahısında olub.
Görüşün qalan hissəsində qarşılıqlı hücumlar olsa da, hesab dəyişməyib. “Arsenal” matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

İki oyunun nəticəsinə əsasən, ümumi hesabda 2:1 üstün olan “Arsenal” UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk klub olub.

İlham İBRAHİMOV

Seçilən
19
50
redaktor.az

10Mənbələr