AZ

"Nyukasl"da ciddi İTKİ

"Nyukasl" klubu Premyer Liqada mövsümün son oyunları ərəfəsində ciddi itki ilə üzləşib. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Lyuis Mayli zədə səbəbindən cari mövsümü başa vurub. Məşq zamanısıradan çıxan futbolçu komandasının çempionatdakı həlledici qarşılaşmalarında iştirak etmək şansını itirib.

Xatırladaq ki, cari mövsümdə "Nyukasl"ın forması ilə bütün turnirlərdə ümumilikdə 34 matçda meydana çıxan Lyuis Mayli rəqib qapılarından 3 top keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
117
manset.az

1Mənbələr