AZ

Tramp: İranla münaqişə daha iki-üç həftə davam edə bilər

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişənin daha iki-üç həftə davam edə biləcəyini açıqlayıb.

Tramp “The Hugh Hewitt Show”a müsahibəsində deyib ki, ABŞ ordusu artıq hədəflərin böyük hissəsini məhv edib.

“Yəqin ki, daha iki həftə, bəlkə də üç həftə lazım olacaq”, — Tramp bildirib.

Onun sözlərinə görə, Vaşinqton üçün münaqişənin nə qədər davam edəcəyi həlledici məsələ deyil.

“Ya düzgün razılaşma əldə edəcəyik, ya da hərbi baxımdan çox asan qələbə qazanacağıq”, — ABŞ prezidenti əlavə edib.

Tramp bundan əvvəl İranın Hörmüz boğazında Amerika gəmilərinə hücum edəcəyi təqdirdə sərt cavab veriləcəyini bildirmişdi. ABŞ Müdafiə Nazirliyi isə Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün əməliyyatın müvəqqəti xarakter daşıdığını açıqlayıb.

Gülnar Nazimqızı

Seçilən
6
anews.az

1Mənbələr