AZ

Braziliyada 13 yaşlı şəxs məktəbə silahlı hücum edib: Ölənlər var

BAKI, 6 may. TELEQRAF

Braziliyanın Akri ştatında yerləşən məktəblərdən birində baş verən silahlı hücum nəticəsində iki nəfər həlak olub.

Teleqraf xəbər verir ki, hadisə zamanı bir neçə şagird və məktəb əməkdaşı da yaralanıb.

Məlumata görə, hüquq-mühafizə orqanları 13 yaşlı hücumçunu saxlayıb. Yaralıların dəqiq sayı və vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və hərbi polis qüvvələri cəlb olunub, məktəbdə dərslər cümə gününədək dayandırılıb.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr