UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Arsenal"a bu gecə Londonda baş tutan cavab qarşılaşmasında 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insaydet Fabrirsio Romano belə çatdırıb:
"Qrizmanna qarşı qayda pozuntusu zamanı verilməyən aşkar penaltidən danışmağın mənası yoxdu. İndi bu barədə nəsə demək mənasızdır. Bəzən hakimlərin qərarları bizim üçün yaxşı olur, bəzən yox. Bu gün bəxtimiz gətirmədi".
Matçın 56-cı dəqiqəsində qonaqların müdafiəçisi Mark Pubil komanda yoldaşı Antuan Qrizmannın zərbəsindən sonra topu qapıdan keçirməyə çalışsa da, rəqib müdafiəçi Qabriel Maqalyansla toqquşub. Ardından isə Rikardo Kalafyori topu yenidən ələ keçirən Qrizmannın ayağını tapdalayıb. Hakim Daniel Zibert isə daha öncə Pubilin Maqalyansa qarşı kobudluq etdiyini bildirib.
Nihat