AZ

Zaporojyedə ölənlərin sayı 12 yə çatdı

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya ordusu Zaporojyeyə 4 idarəolunan aviasiya bombası və dronlarla hücum edib. Ölənlərin sayı 12-yə çatıb, 16 nəfərin yaralandığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.

Bildirilib ki, xilasedicilər zərbə endirilən yerlərdə baş vermiş bütün yanğın ocaqlarını söndürüblər.

Hadisə yerlərində bütün operativ xidmətlər fəaliyyət göstərir, qəza-xilasetmə işləri davam edir.

Zaporojye vilayəti üzrə Milli Polisin teleqram kanalında verilən məlumata görə, Rusiya ordusunun vilayət mərkəzinin yaşayış rayonuna idarəolunan aviasiya bombaları ilə zərbələr endirməsi nəticəsində infrastruktur obyektləri, texniki xidmət stansiyaları və avtomobilyuma məntəqələri zərər görüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
modern.az

1Mənbələr