AZ

ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq

ABŞ Pakistanın Peşəvər şəhərindəki Baş konsulluğunu tədricən bağlamaq qərarına gəlib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

"Bu qərar diplomatik personalın təhlükəsizliyini təmin etmək və resurslarımızın effektiv idarə olunmasına sadiqliyimizi əks etdirir", - bəyanatda deyilir.

ABŞ-nin İslamabaddakı səfirliyindən əlavə, Lahor və Karaçidəki baş konsulluqları da fəaliyyətini davam etdirəcək.

Seçilən
8
50
bakivaxti.az

10Mənbələr