AZ

Azərbaycan şirkəti Özbəkistanda süd məhsulları üzrə istehsal sahəsinə investisiya planını müzakirə edib

“Agro Dairy” İdarə Heyətinin sədri Niyazi Əmirbəyov və “Milla Dairy” şirkətinin baş direktoru Azər Vahabzadə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov ilə görüş keçirib.

Marja xəbər verir ki, görüşdə nazir ilə yanaşı müvafiq qurumların nümayəndə heyəti də iştirak edib.

Müzakirələr çərçivəsində "Milla Dairy" şirkəti tərəfindən Özbəkistanda süd məhsulları üzrə istehsal sahəsinə investisiya planları müzakirə olunub.

Qeyd edilib ki, bu istiqamət "Agro Dairy" Qrupunun regional genişlənmə prioritetləri ilə üst-üstə düşür və strateji inkişaf baxımından əhəmiyyətlidir.

Agro DairyNiyazi ƏmirbəyovMilla DairyAzər VahabzadəLaziz KudratovAgro Dairy Özbəkistan investisiyaMilla Dairy Özbəkistan layihəsiAzərbaycan şirkətinin Özbəkistanda investisiyasısüd məhsulları istehsalı ÖzbəkistanAgro Dairy regional genişlənməAzərbaycan süd sənayesiMilla Dairy istehsal planıAgro Dairy beynəlxalq inkişafAzərbaycan şirkətləri ÖzbəkistandaAzərbaycan Özbəkistan iqtisadi əməkdaşlıqqida sənayesi investisiyasısüd məhsulları bazarıAgro Dairy Group layihələriMilla Dairy süd məhsulları istehsalıÖzbəkistan investisiya imkanları
Seçilən
35
50
marja.az

10Mənbələr