AZ

“Əlçatan dərmanlar” proqramı genişləndirildi: Hansı preparatlar əlavə olundu

Ukraynada "Dostupni liky" ("Əlçatan dərmanlar") dövlət proqramı genişləndirilib və yeni dərmanlar siyahıya daxil edilib.

Day.Az xəbər verir ki, proqram çərçivəsində müəyyən xəstəliklər üçün dərmanlar ya tam pulsuz, ya da dövlət tərəfindən qismən və ya tam ödənilməklə təqdim olunur.

Yenilənmiş siyahıya əsasən, xüsusilə ürək-damar xəstəlikləri, 2-ci tip diabet və ağciyər xəstəliklərinin müalicəsində istifadə olunan preparatlar əlavə edilib. Bunlara qan laxtalanmasının qarşısını alan və ürək-damar risklərini azaldan müxtəlif dərmanlar da daxildir. Həmçinin bəzi innovativ preparatların da proqram çərçivəsində kompensasiya olunacağı bildirilir.

Dərmanların əldə edilməsi üçün pasiyent əvvəlcə həkimdən elektron resept alır, daha sonra proqramla işləyən aptekdən dərmanı ya pulsuz, ya da endirimli qiymətlə əldə edə bilir. Ödənilən məbləğ dərmanın növündən və aptekdəki satış qiymətindən asılı olaraq dəyişir.

 
Seçilən
20
day.az

1Mənbələr