AZ

Halkın yeni klubu açıqlandı - Rəsmi

style='margin-bottom:10px;'>

Braziliyalı ulduz hücumçu Halk karyerasını yeni klubda davam etdirəcək.

QOL.az xəbər verir ki, 39 yaşlı forvard "Fluminense" ilə müqavilə bağlayıb. Təcrübəli futbolçu ilə imzalanan anlaşma 2027-ci ilin sonuna qədər nəzərdə tutulub. O, komandaya azad agent kimi qoşulub.

Braziliya klubunun rəsmi açıqlamasında Halkun zəngin karyerasına diqqət çəkilib: “Braziliyanın həqiqətən seçilən futbolçularından biri ilə 31 dekabr 2027-ci ilə qədər müqavilə imzaladıq. Halk çıxış etdiyi bütün klublarda çempionluqlar qazanıb”.

Qeyd edək ki, hücumçu son olaraq "Atletiko Mineyro" klubunda çıxış edib. Tərəflər mayın 1-də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Halk 2021-ci ildən çıxış etdiyi "Atletiko Mineyro" ilə Braziliya çempionu olub, həmçinin dörd dəfə Minas-Jerays ştat çempionatının qalibi adını qazanıb. O, bu komandada keçirdiyi 309 oyunda 140 qol vurub.

Seçilən
4
12
teleqraf.com

10Mənbələr