AZ

Yeraltı keçid var, amma keçən yoxdur Təhlükəli anlar yaşanır VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda piyadaların törətdiyi kütləvi qayda pozuntularının görüntüləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəsib bəy Yusifbəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə hərəkət edən tələbələr yol hərəkəti qaydasını kobud şəkildə pozurlar. Onlar yeraltı keçidin düz qarşısında yolu digər tərəfə keçmək üçün hərəkət hissəsinə çıxırlar. Onların bu davranışı sürücülərin hərəkətinə çətinlik yaradır. Bu hal demək olar ki, hər gün kütləvi şəkildə törədilir. Yaxşı olardı ki, həmin küçədə intizamsızlıq edən piyadalara qarşı inzibati məsuliyyət tədbirləri həyata keçirilsin. Həmin ərazidə qaydalara əməl etməyən piyadalara qarşı daha ciddi nəzarət tədbirlərinin görülməsi məqsədəuyğun hesab olunur.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr