AZ

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır? Səfirdən ŞOK AÇIQLAMA

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniyanın Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını iddia edib.Bizim.Media xəbər verir ki, diplomat bu barədə açıqlamasında bildirib.Onun sözlərinə görə, Almaniya sürətlə hərbi potensialını artırır və Rusiya əleyhinə hərbi hazırlıq aparır.

 

Neçayev bildirib ki, Berlinin müdafiə xərclərini artırması, silahlı qüvvələrin modernləşdirilməsi və hərbi sənayenin gücləndirilməsi Moskvada narahatlıqla izlənilir.

Rusiya səfiri iddia edib ki, Almaniyada son dövrlər səslənən bəyanatlar və qəbul olunan qərarlar ölkənin hərbi kursunun daha da sərtləşdiyini göstərir.Almaniya tərəfi isə bu addımları Rusiya-Ukrayna müharibəsi fonunda Avropa təhlükəsizliyinin gücləndirilməsi və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə izah edir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
bizim.media

2Mənbələr