AZ

Premyer Liqaya vəsiqə qazandı, iki futbolçu ilə yeni müqavilə bağladı

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İpsviç" hücumçu Çuba Akpom və müdafiəçi Sedrik Kipre ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 

Akpom "Ayaks"dan icarəyə götürülmüşdü. Onun yeni müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Hücumçu bu mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Kipre isə "Reyms"dən icarəyə götürülüb. Müdafiəçi "traktorçular"ın heyətində 35 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "İpsviç"lə müqaviləsi iki ildir.

Qeyd edək ki, Kieran MakKennanın komandası Çempionşipdə ikinci yeri tutub. "İpsviç" rəsmi olaraq 2026/27 mövsümü üçün Premyer Liqaya yüksəlməyi təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
sport24.az

1Mənbələr