AZ

Gülləri oğurlanan obyekt sahibindən qəribə addım VİDEO

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Ziya Bünyadov prospektində obyekt sahiblərinin əziyyətlə əkdiyi dekorativ bitkilərin oğurlanması onları kəskin addım atmağa vadar edib.

Ölkə.az xəbər verir ki, ərazidəki yaşıllığa qənim kəsilənlərdən bezən sahibkarlar, oğurluq anının görüntülərini çap edərək elan lövhəsi kimi yerə vurublar.

Elanda kəskin ifadələr yer alıb: "Oğruları siz də tanıyın. Biz əziyyət çəkib gül əkirik ki, təbiət gözəl olsun. Güllər oğurlamaq üçün əkilməyib!"

Onlar xəbərdarlıq ediblər ki, bu hal təkrarlanarsa, videogörüntülər sosial mediada paylaşılacaq.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
olke.az

2Mənbələr