AZ

FAO-nun Regional Konfransı Mərkəzi Asıyada ilk dəfə Düşənbədə təşkil olunacaq

Bakı, 6 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası Mərkəzi Asiyada ilk dəfə olaraq Düşənbə şəhərində keçiriləcək.

AZƏRTAC Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə FAO-nun 54 üzv dövləti, müşahidəçi ölkələri, 20-dən şox beynəlxalq və regional təşkilatı təmsil edən 550-dən çox nümayəndə bir araya gələcək.

Sessiyada FAO-nun baş direktoru Qu Donqyu, müxtəlif ölkələrin nazirləri, nazir müavinləri, səfirlər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

 

Seçilən
39
2
azertag.az

3Mənbələr