“Mançester Yunayted” Maykl Kerrik ilə bağlı qərar verməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi Kerrikə baş məşqçi postunda daimi müqavilə təklif etməyi planlaşdırır. Mütəxəssis hələlik gələcəyi ilə bağlı rəhbərliklə rəsmi danışıqlar aparmayıb.
Bildirilir ki, “qırmızı şeytanlar”ın idman direktoru Ceyson Uilkoks və icraçı direktoru Omar Berrada məşqçinin gördüyü işdən razıdır.
Kerrikin rəhbərliyi altında komanda yanvar ayından bu yana İngiltərə Premyer Liqasında keçirdiyi 14 oyunun 10-da qələbə qazanıb və vaxtından əvvəl Çempionlar Liqasına vəsiqə əldə edib.
Klub daxilində də məşqçinin böyük dəstək qazandığı vurğulanır. Mənbənin iddiasına görə, “Mançester Yunayted” Çempionlar Liqasına qayıdışını rəsmiləşdirdikdən sonra Kerrikə rəsmi olaraq uzunmüddətli müqavilə təklif olunacaq.