AZ

Mərkəzi Bankın sədrindən "Yelo Bank"ı ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Avropa İttifaqının 20-ci sanksiya paketində "Yelo Bank"ın adının yer almasına öz münasibətini bildirirb.

Marja.az xəbər verir ki, Taleh Kazımov keçirilən mətbuat konframsında bildirib:

"Yelo Bank"ın adl Avropa İttifaqının 20-ci sanksiya paketinə daxil edilib. Sözsüz ki, biz bankla daimi təmasdayıq. Hazırda hər hansı problem görmürük. Bank həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Ona görə də bu istiqamətdə hər hansı mənfi gözləntimiz yoxdur.

Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalarla bağlı ola bilsin ki, ödənişlərdə müəyyən çətinliklər yaransın. Amma son həftələr ərzində bankla apardığımız müzakirələr göstərir ki, hazırda hər hansı ciddi problem yoxdur.

Səbəblərin araşdırılması üçün, sözsüz ki, biz həm bankla, həm də Mərkəzi Bankla birlikdə və ayrıca qaydada müvafiq instansiyalara müraciət edirik və bunu davam etdirəcəyik. Məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindəyik və ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı bu qərarını dəyişdirəcək.

Çünki bunun üçün hər hansı əsas görmürük. Həm beynəlxalq standartlara, həm də ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, “Yelo Bank” və digər banklarla bağlı vəziyyət izlənilir. Siz də görürsünüz ki, biz bütün təsir tədbirlərimizi saytımızda açıq şəkildə dərc edirik. Yəni bu bankla bağlı hər hansı problem müşahidə etməmişik və hazırda da görmürük.

Ola bilsin ki, burada müəyyən anlaşılmazlıq var. Qeyd olunmuşdu ki, bank Rusiya Federasiyasının SPFS sisteminə qoşulub. Amma bank bu sistemə kifayət qədər əvvəl — Rusiya-Ukrayna münaqişəsindən öncə qoşulmuşdu. Həmin sistemdən istifadə isə dayandırılıb. Ona görə də burada hansısa anlaşılmazlığın olması mümkündür. Biz həmin bankla bağlı hər hansı problem görmürük.

 

Seçilən
18
3
marja.az

4Mənbələr